-
- 22-09-2022, 13:50
- 427
III Çarlz tacqoyma mərasiminin xərclərinə qənaət etdi- SƏBƏB
Böyük Britaniya kralı III Çarlz tacqoyma mərasimini anası Kraliça II Yelizavetadan daha təvazökar bir mərasimlə təşkil etmək niyyətindədir.
News24.az xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.
Qeyd edilib ki, buna səbəb ölkədə böhranın hökm sürməsi və həyatın çətinləşməsidir.
"Kral sadə britaniyalıların üzləşdiyi çətinliklərdən yaxşı xəbərdardır. Ona görə də,biz onun arzusunu necə yerinə yetirəcəyimizi düşünürük. Tacqoyma qədim ənənəyəyə uyğun olaraq aparılmalıdır, amma müasir dünyada monarxiyanı da təmsil etməlidir” deyə yazıda bildirilib.
Qeyd edək ki, 1953-cü ildə II Yelizavetanın tacqoyma mərasimi 1,57 milyon funt-sterlinqə başa gəlib. Bu da indiki məzənnə ilə 46 milyon funt-sterlinq və ya 52 milyon dollar deməkdir.
"Daily Telegraph" həmçinin tacqoyma mərasiminin vaxt etibarilə daha qısa, az büdcəli və daha kiçik miqyasda olacağını yazıb.