Yupiterdə həyat axtarışına başlanılacaq
    • 11-04-2023, 11:26
    • 219

Yupiterdə həyat axtarışına başlanılacaq

Avropa Kosmik Agentliyi (ESA) ən böyük planet Yupiterdə həyat axtarışına başlayır. 

News24.az xarici mətbuata istinadən xəbər verir ki, ESA-nın kosmik gəmisi Yupiterin üç peykində həyatın olub-olmadığını aşkar etmək üçün aprelin 13-də kosmosa çıxacaq. Bildirilir ki, 1,4 milyard funt sterlinqlik kosmik gəmi ilk dəfə 400 il əvvəl italyan astronom Qalileo Qaliley tərəfindən müşahidə edilən Yupiterin "Qanymede", "Europa" və "Callisto" peyklərinin donmuş okeanlarını tədqiq edəcək.

Kosmik gəminin Yupiterə səyahətinin 8 il çəkəcəyi, çatma tarixinin isə 2031-ci il olacağı açıqlanıb.

JUICE araşdırması ilə suyun peyklərdə tapılacağına ümid edilir.

Aynurə