Mərdəkan-Qala yolunun tikintisi yekunlaşdı - FOTO - VİDEO
    • 8-02-2019, 17:31
    • 844

Mərdəkan-Qala yolunun tikintisi yekunlaşdı - FOTO - VİDEO

Bakıda 55 min əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 5.4 km-lik Mərdəkan-Qala hissəsinin bərpası yekunlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, hazırlanmış layihəyə uyğun olaraq avtomobil yolunun II texniki dərəcəyə uyğun bərpa olunub.

Kommunikasiya xətlərinin keçirilməsi üçün yolun altından 350 mm diametrində və 190 paqon-metr uzunluğunda ehtiyat borular atılıb.

Yolun sağ tərəfində 520 mm-lik qaz kəməri yerləşdiyinə görə, əyrixətli metal tirlərdən mühafizə çəpərlərin tikilməsinə ehtiyac olduğu üçün yolun kənarına 2910 paqon-metr uzunluğunda əyrixətli dəmir tirlər və dirəklər quraşdırılıb.

Bundan başqa, layihə boyu hərəkət hissəsinə yaxın olan 100 mm-lik 374 paqon-metr uzunluğunda qaz xətlərinin, 75 paqon-metr uzunluğunda isə su xətlərinin dəyişdirilməsi, bəzi hissələrdə 2100 kv.m mühafizə divarlarının tikilməsi işləri görülüb.