-
- 20-11-2019, 10:21
- 728
İsmayıllıda 2 yol layihəsinin icrası YEKUNLAŞDI
Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən, ölkə əhəmiyyətli yolların inşası, mövcudlarının isə müasir səviyyəyə çatdırılması sahəsində mühüm layihələrin icrası ilə həm vətəndaşların rahat gediş-gəlişi təmin olunur, həm də ölkəmizin turizm potensialı daha da genişləndirilir. Bu tapşırığın icrası ilə əlaqədar olaraq İsmayıllı rayonu ərazisində cari ildə 2 yol infrastrukturu layihəsinin icrası yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, dövlət başçısının İsmayıllı rayonunda vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində verdiyi sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunmuş yol infrastrukturu layihələrinin ümumi uzunluğu 15 km təşkil edir.
Söhbət başlanğıcını respublika əhəmiyyətli Muğanlı-İsmayıllı avtomobil yolunun 30-cu km-dən götürən Təzəkənd-Ağbulaq-Qoşakənd, həmçinin başlanğıcını respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 27-ci km-dən götürən Quşencə-Zoğallıq marşrutları üzrə yaşayış məntəqələrini əhatə edən avtomobil yollarından gedir.
5 yaşayış məntəqəsini əhatə edən IV texniki dərəcəli olan avtomobil yolları uzun illər təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idilər, çiyinlər atmosfer yağıntıları nəticəsində yuyulmaya məruz qaldığından aşağı səviyyədə idi, küvetlər dolmuş və səth sularının kənarlaşdırılması çətinləşmişdir, üstəlik yolun bəzi hissələrində torpaq yatağı təbii relyef ilə eyni səviyyədə idi. Bu səbəbdən yolun əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranmışdır.
Bütün bunlar nəzərə alınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, təxirəsalınmaz tədbirlərə start verildi. Layihəyə uyğun olaraq, yollar boyu torpaq yatağının deformasiyaya uğramış hissələri və yararsız örtük qazılaraq çıxarılıb, yolun normativ eninin alınması üçün genişləndirmə işləri aparılıb, qazılmış və genişləndirilmiş hissələrə, həmçinin yolun torpaq yatağının bərpası və yerin təbii relyef səviyyəsindən qaldırılması üçün yararlı material tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa edilib.
Mövcud suötürücü borular sınmış və çökərək istismara yararsız vəziyyətdə olduğu üçün yeni suötürücü boruların quraşdırılmasına ehtiyac var idi. Bunun üçün yollar boyu müxtəlif diametrlərə malik 191 paqon-metr uzunluğunda yeni dəmir-beton suötürücü borular, həmçinin kommunikasiya xətlərinin keçirilməsi üçün 122 paqon-metr metal boruların quraşdırılması işləri müvəffəqiyyətli icra edilib.
Küvetlər dolduğundan və səth sularının kənarlaşdırılması çətinləşdiyindən, bundan başqa bəzi hissələrdə küvetlərin mailliyi çox olduğu üçün yuyulmalar və dağılmalar baş verdiyindən layihələr çərçivəsində 1200 paqon-metr uzunluğunda küvet hissə avtoqreyderlə açılıb, 900 paqon-metr uzunluğunda yeni “U” şəkilli dəmir-beton küvetlər, bundan başqa lazımi qalınlıqda yol əsasının inşası işləri aparılıb.
Yollar boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Ümumilikdə tikintinin aparıldığı sahə 150 min kv.m-ə yaxındır.
Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə 7 avtobus dayanacağının inşa edilib, hərəkətin normal təşkil üçün yol nişanlarının, siqnal dirəklərinin və km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılıb.
Avtomobil yollarının yenidən qurulması 5 mindən artıq əhalisi olan 5 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də kənd və qəsəbələri birləşdirən yeni yolların salınması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulmasıdır.