-
- 11-04-2023, 15:44
- 431
Tükürpədici İNKİŞAF - Ölmüş yaxınlarımız ƏBƏDİ olaraq qarşımızda dayanacaq
Bir kompüter mütəxəssisi iddia edir ki, süni intellekt sayəsində sevdiklərimiz əbədi olaraq bizimlə olacaqlar. Bu ilin sonuna doğru istifadəyə verilməsi gözlənilən sistem insanların videoları və fotoşəkilləri ilə virtual mühitdə avatarlar yaradır.
News24.az musavat.com-a istinadən xəbər verir ki, ChatGPT-nin rəhbərlik etdiyi süni intellektdə sürətli irəliləyiş texnologiyada yeni və qızıl dövr açacaq.
Bununla belə, fikirlər texnologiyaya görə iki yerə bölünür. "Twitter"in sahibi Elon Musk da daxil olmaqla mindən çox texnologiya şirkətinin rəhbəri süni intellektin bəşəriyyəti məhv edə biləcəyi barədə xəbərdarlıq edir və “ümumi təhlükəsizlik protokolu” hazırlanana qədər inkişaf proseslərinin dayandırılmasını istəyir.
Bill Gates kimi mütəxəssislər isə süni intellektin həyatımızı yaxşılaşdıracağını və əbədi olaraq həyatımızın bir parçası olacağını düşünürlər. Dr Pratik Desai də onlardan biridir.
ChatGPT-yə bənzər bir sistem quran Pratik Desai Twitter hesabından verdiyi açıqlamada sevdiyimiz insanların indi əbədi olaraq bizimlə yaşayacaqlarının yüz faiz mümkün olduğunu iddia edib.
Hər kəsi sevdiklərinin səs və video qeydlərini toplamağa çağıran Desai süni zəkanın bu məlumatlar əsasında həyatını itirən insanların avatarlarını yarada biləcəyini açıqlayıb, bunun bu ilin sonuna doğru baş verə biləcəyini bildirib.
Desainin bəhs etdiyi sistemdə insanların səs yazıları, videoları, fotoşəkilləri və şəxsi məlumatları süni intellekt tərəfindən işlənir və daha sonra həmin şəxsə tam oxşayan və hərəkət edə bilən avatar hazırlanır. Nümunələri son vaxtlar təqdim edilən dizaynların nəinki həmin şəxsə bənzədiyi, həm də məlumatı yüklənən şəxsin üz ifadələrinin olduğu kimi əks etdirdiyi, hətta zarafatlar etdiyi də görünüb.
“Rəqəmsal Ölümsüzlük” texnologiyaları son illərin ən iddialı layihələri hesab olunur.
"Live Forever" adlı bir şirkət insanların ilk 10 dəqiqədə süni intellektlə danışdıqlarını heç vaxt anlamayacaqlarını iddia edib, istifadə edilən süni intellektin, hətta ölən şəxsin rəftarlarını təkrarlayacağını bildirib.
Bəzi insanlar rəqəmsal ölümsüzlük layihələrinin kədərli keçən günləri asanlaşdıracağını düşünür, bəziləri isə vəfat etmiş yaxınlarını yenidən qarşısında görməyi tükürpədici hesab edir.