Dünən Laçında şəhid olan hərbçi Ağstafada dəfn edilib - FOTO
    • 12-04-2023, 13:50
    • 191

Dünən Laçında şəhid olan hərbçi Ağstafada dəfn edilib - FOTO

Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Elşad Qabil oğlu Həsənov dəfn edilib.

News24.az apa-ya istinadən xəbər verir ki, şəhidin nəşi doğulduğu Ağstafa Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimindən yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edib.