Dünən şəhid olan hərbçimiz Naxçıvanda DƏFN OLUNDU
    • 12-04-2023, 15:00
    • 221

Dünən şəhid olan hərbçimiz Naxçıvanda DƏFN OLUNDU

Ötən gün Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın istiqamətindəki üzbəüz mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Səbuhi Gündüz oğlu Tağıyev dəfn olunub.

News24.az xəbər verir ki, şəhid Səbuhi Tağıyev Badamlı qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Vida mərasimində şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.