Avtomobil yaşlı cütlüyü baxın necə sürüdü - VİDEO
    • 12-04-2023, 14:26
    • 185

Avtomobil yaşlı cütlüyü baxın necə sürüdü - VİDEO

Yaşlı kişi xanımına son anda xəbərdarlıq etsə də avtomobilin pəncəsindən çıxa bilmədilər.

News24.az avtosfer.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə qınaq obyektinə çevrilən olay Rusiyanın Yoraslavl vilayətində qeydə alınıb. Avtomobilin videoregistratoruna düşən görüntüdən bəlli olduğu kimi yol ayrıcından sağ tərəfə doğru dönən maşın piyada keçidində hərəkət edən cütlüyü hədəf alıb.

Diqqətlə baxdığımız zaman avtomobilin sürət həddinin yüksək olmadığını, lakin bununla belə piyadaları görməzdən gələrək vurub keçdiyinin şahidi oluruq. Hər iki piyadanı yerlə sürüyən avtomobil idarəetməni saxlayaraq vurduğu şəxsləri xəstəxanaya yerləşdirib.

Araşdırma zamanı sürücü piyadaları görmədiyini və qəza baş verəndən sonra onları vurduğunun fərqində olduğunu qeyd edib.