İsmayıllıda qonşular arasında dava olub
    • 12-04-2023, 20:57
    • 595

İsmayıllıda qonşular arasında dava olub

İsmayıllıda qonşular arasında dava baş verib.

News24.az xəbər verir ki, hadisə İsmayıllı rayonunun Uştal kəndində qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun İvanovka kənd sakinləri - 1972-ci il təvəllüdlü Qurbanov Etibar və oğlu, 1994-cu il təvəllüdlü Qurbanov Hicran və həmkəndliləri - 1986-ci il təvəllüdlü Qasımov Raqib İlyas oğlu arasında mübahisə baş verib. Mübahisə nəticəsində onlar bir-birlərinə qarşılıqlı xəsarət yetiriblər. Yaralananlar rayon mərkəzi xəstəxanasına çatdırıblıb. Hadisənin torpaq üstündə olduğu bildirilir.

Faktla bağlı da İsmayıllı RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır.