Sabunçuda bir gündə 3 nəfərin meyiti tapıldı
    • 13-04-2023, 09:55
    • 223

Sabunçuda bir gündə 3 nəfərin meyiti tapıldı

Aprelin 7-də Sabunçu rayonunda müxtəlif ünvanlarda 3 nəfərin meyiti aşkar edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, həmin gün saat 18 radələrində Balaxanı qəsəbəsindəki evdən 1966-cı il təvəllüdlü Əli Dövlət oğlu Ağayevin meyiti tapılıb.

Əvvəllər məhkuluq həyatıı yaşamış şəxsin dəm qazından ölməsi məlum olub.

Həmin gün saat 16 radlərində isə Maştağa qəsəbəsindəki evdən 1958-ci il təvəllüdlü Əhəd Ağabalayevin meyiti tapılıb. Bundan başqa Sabunçu rayon Ramana qəsəbəsində qayınatasına məxsus evdə qidadan zəhərlənən 27 yaşlı Ceyhun Quliyev də həmin gün vəfat edib.

Hər bir faktla bağlı araşdırma aparılır.

Taleh Bağırov