Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edildi
    • 13-04-2023, 10:44
    • 178

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edildi

Bakıda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən aprelin 11-də saat 15 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Nicat Həsənov idarə etdiyi “Chevrolet” markalı avtomobildə işıq cihazlarından düzgün istifadə etmədiyinə görə saxlanılıb.

Sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə protokol tərtib olunub.

Sabunçu rayon məhkəməsinin qərarı ilə N.Həsənov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 10 gün müddətində inzibati qaydada həbs edilib.