Ermənistanda tapılan hərbçimiz qətl törədib? – Abramyan açıqladı
    • 13-04-2023, 14:16
    • 292

Ermənistanda tapılan hərbçimiz qətl törədib? – Abramyan açıqladı

“İstintaq zamanı cinayəti azərbaycanlıların törətməsi ilə bağlı heç bir izə rast gəlməmişik. Bizdə bununla bağlı hər hansı məlumat yoxdur”.

News24.az xəbər verir ki, bunu Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan deyib.

“Jurnalist həmkarlarım qətldə azərbaycanlıların əlinin olub-olmaması ilə bağlı sual səsləndirirlər. Hazırda araşdırma davam edir, bütün istintaq tədbirləri lazımi qaydada yerinə yetirilir. Amma cinayəti azərbaycanlıların törətməsi ilə bağlı bizə məlumat daxil olmayıb. Əgər sakinlər cinayəti törədənlər haqqında hər hansı məlumata sahibdirlərsə, aidiyyəti quruma məlumat verə bilərlər”, – o bildirib.

Qeyd edək ki, ötən gün gecə saatlarında Zəngəzur vilayətinin Qafan rayonunda mis-molibden mədənində çalışan 55-60 yaşlarında bir mühafizəçi güllənib. Kənd sakinləri bu cinayəti azərbaycanlı hərbçilərin törətməsi haqda əsassız və həqiqətə uyğun olmayan fikirlər səsləndiriblər./globalinfo/