İttifaqa sədrlik Hacı İsmayılova tapşırıldı - Açıqlama
    • 13-04-2023, 16:34
    • 393

İttifaqa sədrlik Hacı İsmayılova tapşırıldı - Açıqlama

Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin iclası keçirilib.

News24.az xəbər verir ki, İttifaqdan bildirilib ki, iclasda xalq artisti Azər Paşa Nemətovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sənətkarın şəxsiyyətindən, sənətindən, Azərbaycan mədəniyyətindəki, o cümlədən teatr sənətindəki əvəzolunmaz yerindən danışılıb.

Daha sonra sədrin vəzifə səlahiyyətlərinin icrası barədə məsələ müzakirə edilib.

İdarə heyəti üzvlərinin yekdil qərarı ilə Azərbaycan Teatr Xadimləri İttifaqının növbəti konfransına qədər İttifaq sədrinin səlahiyyətləri sədr müavini xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli Hacı Məcid oğlu İsmayılova verilib.