Afaq Bəşirqızı: "Cənab prezidentin reaksiyasını gözləyirəm"
    • 22-10-2019, 14:35
    • 1 054

Afaq Bəşirqızı: "Cənab prezidentin reaksiyasını gözləyirəm"

Xalq artisti Afaq Bəşirqızı Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Neməti Hacıbala Abutalıbovdan nümunə götürməyə çağırıb. 

News24.az-ın məlumatına görə, xalq artisti jurnalistlərə açıqlamasında Azərbaycan Teatr Xadimləri İttifaqının bu gün keçirilən konfransında oturmağı özünə layiq bilmədiyini qeyd edib və bu səbəbdən məkanı tərk etdiyini deyib: "Ona görə də tədbiri yarımçıq tərk etdim. Mən Cənab Prezidentin dünənki çıxışından sitat gətirmək istəyirəm. O, yaşı 70-dən yuxarı olan məmurları Hacıbaba Abutalıbovdan nümunə götürməyi məsləhət gördü, mən də Azər Paşa Nemətə bunu tövsiyə edirəm. Bu ittifaqın nəyə xidmət etdiyi naməlumdur".  

A.Bəşiqızı deyib ki, aktyorların hamısının ad almaq imkanı olmadığını deyib və o səbəbdən də həyat şəraitlərinin pis olduğunu diqqətə çatdırıb.

Cənab Prezidentin qərarı nəticəsində onların aylıq əmək haqları artırıldı. Lakin əmək haqqı ilə sosial problemləri həll etmək mümkün deyil. Buna görə də Azərbaycan Teatr Xadimləri İttifaqı aktyorların problemləri ilə məşğul olmalıdır. Əvvəllər teatrda sənətkar sexləri var idi. İndi bunların heç biri qalmayıb. Biz tamaşalar üçün ayaqqabıları Gürcüstandan alıb gətiririk. Halbuki qabaqlar İttifaqın tərkibində sexlər fəaliyyət göstərirdi.  Teatr Xadimləri İttifaqına istər Mədəniyyət Nazirliyi tərəfindən ayrılan vəsait, istərsə də icarəyə verdikləri "İstanbul" restoranından gələn gəlirlər hara gedir? Teatr Xadimləri İttifaqının rəhbəri adi aktyorların taleyini düşünməli, onların sosial problemlərini həll etməyə çalışmalıdır".

A. Bəşirqızı teatr mühitində baş verən problemlərlə bağlı Azərbaycan Prezidentinə müraciət etdiyini diqqətə çatdırıb: "Mənim o sözlərimdə heç bir yalan yoxdur və mən Cənab prezidentin reaksiyasını gözləyirəm".

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemət Xalq artisti Afaq Bəşirqızının onun haqda səsləndirdiyi fikirlərə belə münasibət bildirib və deyib ki, A. Bəşirqızının fikirləri onu maraqlandırmır: "Mən onun dediklərinə fikir vermirəm”. 

Sədr A. Bəşirqızının Azərbaycan Teatr Xadimləri İttifaqının bu gün keçirilən konfransını yarımçıq tərk etməsindən xəbərsiz olduğunu qeyd edib.
Xatırladaq ki, Xalq artisti Afaq Bəşirqızı Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Neməti Hacıbala Abutalıbovdan nümunə götürməyə çağırıb.