-
- 13-04-2023, 16:46
- 437
"Bu gün bizim münasibətlərimizin yeni səhifəsi başlayır" - Prezident
Bu gün isə bizim münasibətlərimizin yeni səhifəsi başlayır.
News24.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç ilə birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.
“Rəsmi səfər çərçivəsində aparılan danışıqlar, qeyd etdiyim kimi, yeni imkanlar açır. O cümlədən bu gün imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamə gələcək inkişafımızın istiqamətlərini göstərir. Biz müntəzəm olaraq, siyasi və diplomatik müstəvidə məsləhətləşmələr aparacağıq. Eyni zamanda, iqtisadi sahədə aparılacaq işlər daha məqsədyönlü şəkildə aparılacaq. Birgə iqtisadi komissiya haqqında qərar qəbul edilmişdir. Bu gün aparılan danışıqlar əsnasında, eyni zamanda, konkret layihələr üzrə İşçi qrupun yaradılması da razılaşdırılıb və qısa müddət ərzində bu istiqamətdə addımlar atılacaq”, - Prezident qeyd edib.