Finlandiyan sabahdan NATO-ya rəsmi üzv olacaq
    • 3-04-2023, 15:57
    • 329

Finlandiyan sabahdan NATO-ya rəsmi üzv olacaq

Finlandiya NATO-ya rəsmi olaraq 4 aprel tarixində qoşulacaq.

News24.az
xəbər verir ki, bu barədə Finlandiya Prezidentinin Aparatından məlumat verilib.

Finlandiya prezidenti Sauli Niinistö ölkənin Şimali Atlantika Alyansına daxil olmasının rəsmi mərasiminin keçiriləcəyi Brüsselə gedəcək. 

NATO-ya qoşulma mərasimi zamanı Finlandiya alyansa qoşulma sənədinin saxlanılması üçün təhvil verəcək. Daha sonra isə NATO-nun Brüsseldəki mənzil-qərargahında ölkənin bayrağı qaldırılacaq.