Təyyarə qəzasında həlak olan azərbaycanlının nəşi ölkəyə GƏTİRİLDİ
    • 14-04-2023, 17:20
    • 389

Təyyarə qəzasında həlak olan azərbaycanlının nəşi ölkəyə GƏTİRİLDİ

Rusiyanın Sankt-Peterburq şəhərində bədbəxt hadisə nəticəsində həlak olan 40 yaşlı Azərbaycan vətəndaşı Müşfiq İbrahimovun nəşi ölkəyə gətirilib.

News24.az APA-ya istinadən xəbər verir ki, M.İbrahimov bu gün Quba qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, əvvəllər regional kanallarda müxtəlif vəzifələrdə çalışan Müşfiq İbrahimov Sankt-Peterburq şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində ölüb.

Rusiya mətbuatının yazdığına görə, qəza zamanı iki nəfər həlak olub.

M.İbrahimov əslən Quba rayonundandır. Ailəli olub, 3 övladı var.