Qaxda qadın sürücü piyadanı səkidə vurub
    • 14-04-2023, 19:55
    • 243

Qaxda qadın sürücü piyadanı səkidə vurub

Qax rayonunda qadın sürücü idarə etdiyi avtomobillə 65 yaşlı piyadanı səkidə vurub.

News24.az-ın məlumatına görə, hadisə şəhərin Azərbaycan prospektində baş verib.

Belə ki, Sevinc Şıxəmirova idarə etdiyi "KİA" markalı avtomobillə hərəkətdə olarkən Qax şəhər sakini, 1958-ci il təvəllüdlü Nərminə Zeynal qızı Omarovanı vurub.

Yaralı Təcili Tibbi Yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

65 yaşlı qadının vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.