Köçürməyə şərait yaradan nəzarətçi imtahandan kənarlaşdırıldı
    • 16-04-2023, 15:46
    • 251

Köçürməyə şərait yaradan nəzarətçi imtahandan kənarlaşdırıldı

Bu gün IX siniflərin buraxılış imtahanında 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən xəbərə görə, 1 nəzarətçi köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb.
İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.
Qeyd edək ki, bu gün Bakı şəhərinin Binəqədi, Qaradağ, Suraxanı, Yasamal rayonlarında, Gəncə (II hissə), Sumqayıt (I hissə) şəhərlərində, Abşeron (I hissə), Ağdaş, Beyləqan, Cəlilabad (I hissə), Füzuli, Göyçay (I hissə), Göygöl, Gədəbəy, Hacıqabul, Xaçmaz (I hissə), Qəbələ, Qobustan, Quba (I hissə), Masallı (I hissə), Neftçala, Oğuz, Sabirabad, Tovuz, Yardımlı, Zəngilan (Ağalı kəndi) rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.