"Xəz paltolu Madonna" serial olur
    • 2-05-2024, 23:40
    • 126

"Xəz paltolu Madonna" serial olur

Türk ədəbiyyatının ustad yazıçısı Sabahattin Əlinin unudulmaz romanı Xəz Paltolu Madonna seriala çevrilir. Birsen Altuntaşın xəbərinə görə, kitab Almaniya və Türkiyənin birgə istehsalı ilə rəqəmsal seriyaya çevrilir.

News24.az xəbər verir ki, Alman-Türkiyə birgə istehsalı olan layihənin çəkilişləri həm Türkiyədə, həm də Almaniyada aparılacaq.

Qeyd edək ki, "Matrix", "John Wick 4" və "Babil" kimi bir çox layihəyə ev sahibliyi edən Studio Babelsberg serialın Almaniya çəkilişlərinə ev sahibliyi edəcək. Filmin rejissor kürsüsündə prodüser şirkətlərin birgə seçdiyi ad Enes Ateş oturacaq. Aktyorlar yaxın vaxtlarda formalaşacaq layihə üçün Almaniya və Türkiyənin rəqəmsal platformaları ilə danışıqlar aparır.

Onu da bildirək ki, ilk dəfə 1943-cü ildə nəşr olunan Xəz Paltolu Madonna bu gün ən populyar və satılan kitablar sırasındadır.

Günel Məlikzadə