Azərbaycan Qran Prisindən əvvəl media üçün seminar təşkil olundu
    • 18-04-2023, 13:07
    • 433

Azərbaycan Qran Prisindən əvvəl media üçün seminar təşkil olundu

Bakı Şəhər Halqası (BŞH) "Formula 1" üzrə Azərbaycan Qran Prisindən əvvəl media üçün seminar keçirib.

News24.az xəbər verir ki, yarış zamanı media mərkəzinin fəaliyyəti, iş qrafiki, akkreditasiya prosesi, jurnalist və fotoqrafların iş prinsipləri barədə məlumat verilib.

Ümumilikdə 90-a yaxın yerli media nümayəndəsinin akkreditasiya müraciətinin qeydə alındığı vurğulanıb.

Qeyd edək ki, Bakıdakı yarış 28 - 30 apreldə baş tutacaq.