Quş qripi mutasiyaya uğradı: Daha yoluxucu və ölümcül ola bilər
    • 18-04-2023, 14:59
    • 211

Quş qripi mutasiyaya uğradı: Daha yoluxucu və ölümcül ola bilər

ABŞ səhiyyə rəsmiləri Çilidə bir adamın bir neçə mutasiya uğrayan quş qripinə yoluxduğunu açıqlayıb.

News24.az xəbər verir ki, mütəxəssislər, əvvəlki araşdırmalarla müqayisədə yeni mutasiyaların daha zərərli olmasına və ya asan yayılmasına səbəb ola biləcəyini söyləyib.

Lakin onlar mutasiyaların virusun insanın yuxarı ağciyərlərində kök salmasını asanlaşdıracağına dair heç bir sübutun olmadığını da bildiriblər.

Bununla belə, rəsmilər xəstəxanaya yerləşdirilən və yalnız bir xəstədə rast gəlinən mutasiyaların onda xəstələndikdən sonra baş verə biləcəyini də istisna etməyiblər.

Agentlik rəsmiləri vurğulayıblar ki, mutasiyaya uğramış virusun başqa insanlara keçməsi, digər qrip virusları ilə qarışması, mövcud dərmanlarla mübarizə və ya peyvəndlərdən yayınma qabiliyyətini inkişaf etdirməsi ilə bağlı heç bir sübut yoxdur. /Haber Global/