Sosial şəbəkə üçün video çəkən uşaq evi yandırdı - FOTO
    • 18-04-2023, 15:24
    • 162

Sosial şəbəkə üçün video çəkən uşaq evi yandırdı - FOTO

İstanbulun Zeytinburnu bölgəsində sosial şəbəkə üçün video çəkmək istəyən uşaq evi yandırıb.

News24.az xəbər verir ki, yanğına daun sindromlu 13 yaşlı uşağın oturacağı alışqanla yandırmasının səbəb olduğu iddia edilib.

Yanğın zamanı ana qışqıraraq kömək istəyib. Evin qapısını aça bilməyən qonşular birinci mərtəbəyə qalxaraq eyvan və pəncərələrdən içəri daxil olmağa çalışıblar.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıblar. 

Ana və uşaqların səhhətinin yaxşı olduğu bildirilib. Yanğın zamanı azyaşlının atası yaralanıb. O, reanimasiyaya yerləşdirilib. /Haber Global/