-
- 18-04-2023, 22:14
- 289
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə danışdı
18 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, tərəflər ilk öncə, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə ən xoş arzularını və təbriklərini çatdıraraq bütün İslam dünyasına sülh və firavanlıq diləyiblər.
Telefon danışığı zamanı, Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq imkanları, gündəlikdə duran məsələlər və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov, ölkəmizin Təşkilatla faydalı və səmərəli əməkdaşlığından bəhs edərək bu əməkdaşlığın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Tərəflər keçirilən birgə tədbirlərin uğurlu təşkilinə istinad edərək, cari ilin mart ayında Mavritaniyada baş tutmuş İƏT Xarici İşlər Nazirləri Şurasının 49-cu sessiyasının nəticələri, qəbul edilmiş qərarlar və növbəti addımlardan söz açıb.