"Jara 19"da iştirak edəcək rusiyalı ulduzların adı açıqlandı - SİYAHI
    • 11-02-2019, 18:50
    • 1 062

"Jara 19"da iştirak edəcək rusiyalı ulduzların adı açıqlandı - SİYAHI

Bu il 25-28 iyul tarixlərində baş tutacaq "Jara" beynəlxalq musiqi festivalında iştirak edəcək əcnəbi ulduzların adı açıqlanıb. 

News24.az xəbər verir ki, 4 gün keçiriləcək festivalın ilk günü möhtəşəm qala konsertlə başlayacaq. Həmin gün səhnəyə Filipp Kirkorov, Loboda, Emin Ağalarov, Olqa Buzova, Burito, Monatik və NK çıxacaq. 

Festivalın 2-ci günü isə "Lube" qrupunun yaradıcılıq gecəsinə həsr olunacaq. Gecədə "İvanuşki İnterneşnl", "Fabrika", "Qorod 312" qrupları və Viktoriya Dayenko çıxış edəcək. Festivala qatılanların həmçinin "Ruki vverx", Mitya Fomin, "Hi-Fi", "Na Na", "Diskoteka avariya", "Otpetie moşenniki", Nataşa Koroleva və Alyona Apinanı da dinləmək şansı olacaq. 

27 iyul tarixinə müğənnilər Qriqoriy Leps və Stats Mixaylovun yaradıcılıq gecəsi planlaşdırılıb. 

"Jara"nın final günü isə hit-paradları alt-üst edən müğənnilər səhnəyə çıxacaq. Onların sırasında Jah Khalib, HammAli və Navai, Lyoşa Svik, Tima Belarusskih, CYGO və "Black Star" markasına daxil olan ifaçılar daxildir. 

Teymur MƏMMƏDOV