Ayı gənc oğlanı meşədə PARÇALADI - FOTOLAR
    • 19-04-2023, 12:40
    • 275

Ayı gənc oğlanı meşədə PARÇALADI - FOTOLAR

İtaliyada adam öldürən və iki həftəyə yaxındır axtarışda olan ayı tələyə düşüb.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, ayının taleyinə mayın 11-də məhkəmə qərar verəcək. Meyvə tələsinə düşən ayı həmin ərazidə yerləşən Kasteller dağ faunasını mühafizə mərkəzinə aparılıb. Dişi ayı tutularkən üç balası ilə birlikdə olub. Ana ayı tutulduqdan dərhal sonra iki yaşlı balaları təbiətə buraxılıb.

Qeyd edək ki, aprelin 5-də 26 yaşlı Andrea Papi Trentino əyalətinin şimalında meşədə yürüş edərkən ayının hücumu məruz qalıb. Papi İtaliyada müasir dövrdə ayı tərəfindən öldürüldüyü bilinən ilk şəxs olaraq qeyd edilib. Hadisədən sonra Trentino-Alto Adige bölgəsinin prezidenti Mauritsio Fuqatti Papiyə hücum edən ayını öldürmək qərarına gəlib. Lakin heyvan hüquqları müdafiəçilərinin reaksiyasına səbəb olan bu qərar daha sonra inzibati məhkəmə tərəfindən dayandırılıb. 

Aynurə