Prezident akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzaladı - FOTO
    • 11-02-2019, 22:28
    • 980

Prezident akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzaladı - FOTO

2019-cu ilin fevral ayında görkəmli ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həmid Məhəmmədtağı oğlu Araslının anadan olmasının 110 illiyi tamam olur.  

News24.Az-ın məlumatına görə, sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə akademik Həmid Araslının 110 illiyinə həsr olunmuş tədbirlər planının hazırlanması tapşırılıb.

News24.Az