-
- 19-04-2023, 17:08
- 604
Əhali paytaxta toplaşıb! - “Pay torpaqları becərilmir”
İkinci çörək hesab edilən kartof və soğanın qiyməti artıb.
News24.az Baku TV-yə istinadən xəbər verir ki, paytaxtda yerləşən marketlərin birində kartofun qiyməti 1 manat 50 qəpiklə, 3 manat 50 qəpik arasında dəyişir.
Soğanın qiyməti isə 90 qəpiklə, 1 manat 60 qəpik arasındadır.
Qiymət artımını dəyərləndirən iqtisadçı
Nazim Bəydəmirli söyləyib ki, bazarda təklif az olduqda qiymətlər bahalaşır:
"Azərbaycanda kartof və soğan əkimi ilə məşğul olan bölgələrdə, əhali şəhərə toplaşıb. Buna görə də pay torpaqları əkilib-becərilmir və ehtiyat yaratmaq olmur.
Hətta yaradılsa da belə, bu məhsulları uzun müddət saxlamaq çətindir. Ümumiyyətlə hazırda bazarda satışda olan faraş kartof xarici ölkələrdən, əsasən də Pakistandan idxal olunur.
Bazardakı qiymətlər isə kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, şirkətlərin fəaliyyəti məhdudlaşdırıldığı və monopoliya olduğu üçün artır. Digər tərəfdən önəmli amillərdən biri də gömrük orqanlarının idxal prosesidir. Yəni indiki məqamda bazarda satılan kartof və soğanın əksəriyyəti xaricdən gəlir. Gömrük orqanları isə dəyərləndirmə qiymətini süni şəkildə şişirdirlər.
Daha çox gömrük rüsumu ödəyən idxalçılar isə məhsulun maya dəyərinin tənzimləmək üçün qiymətləri qaldırırlar. Bu da bazarda qiymət artımına səbəb olur".