Ağstafada aviabombalar aşkarlandı - FOTO
    • 12-02-2019, 10:22
    • 643

Ağstafada aviabombalar aşkarlandı - FOTO

Ağstafa rayonunda aviabombalar aşkarlanıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) verilən xəbərə görə, quruma Ağstafa rayonunun Ceyrançöl qış otlaq sahəsində mərminin tapılması barədə daxil olan məlumat əsasında ANAMA mütəxəssisləri Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə əraziyə baxış keçiriblər. 

Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən əhatəyə alınıb.

ANAMA-nın mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində dörd ədəd təlim məqsədli (içərisində heç bir partlayıcı maddə olmayan) PŞ-50 aviabombası aşkarlanıb və Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aviabombaların tapıldığı yerin ətrafında 510 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.