Daha bir aviaşirkət Moskvadan Bakıya uçuşlara başlayır
    • 20-04-2023, 11:39
    • 238

Daha bir aviaşirkət Moskvadan Bakıya uçuşlara başlayır

Rusiyanın “Red Wings” aviaşirkəti Moskvadan Bakıya birbaşa uçuşlara başlayır.

News24.az
xəbər verir ki,  bu barədə məlumatı aviaşirkətin Mətbuat xidməti yayıb.

Moskvadan Bakıya uçuşlar mayın 4-dən başlayacaq və cümə axşamı və bazar günləri həyata keçiriləcək. Bakıdan Moskvaya reyslərə isə mayın 5-i start veriləcək və həftənin bazar ertəsi və cümə günləri yerinə yetiriləcək. 

Uçuşun müddəti 3 saat 30 dəqiqə təşkil edəcək və 100 yerlik “SSJ 100” təyyarələri ilə həyata keçiriləcək./qafqazinfo/