Soçi-Bakı reysləri başlayır
    • 5-05-2022, 22:35
    • 294

Soçi-Bakı reysləri başlayır

Mayın 9-dan "Azimut” aviaşirkəti Soçi-Bakı-Soçi reysləri başlayacaq.

Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Uçuşlar bazar ertəsi və cümə günləri həyata keçiriləcək.

Təyyarə saat 1:00-da Soçidən yola düşəcək, saat 3:50-də Bakıya enəcək.

Bakıdan isə saat 4:20-də yola düşəcək və 5:20-də Soçiyə eniş edəcək. /Axar.az/