-
- 20-04-2023, 18:31
- 489
Bakı bulvarında attraksionlar nə vaxt bərpa OLUNACAQ? – Rəsmi AÇIQLAMA
Dənizkənarı Milli Parkda attraksionların fəaliyyəti uzun müddətdir ki, bərpa olunmur. Bununla bağlı sahibkarlardan birinin də şikayətləri ictimailəşdirilmişdi.
Məsələ ilə bağlı Dənizkənarı Milli Parkdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə yeni attraksionların quraşdırılması nəzərdə tutulur:
“Dənizkənarı Milli Parkda abadlaşdırma işlərini həyata keçirmək, ərazidə hər hansı təsərrüfat, inşaat-təmir, abadlıq, bərpa, rekonstruksiya və regenerasiya işlərinin aparılmasına razılıq vermək, stasionar və daşınar attraksionların, oyun və əyləncə komplekslərinin quraşdırılması, saxlanması, sökülməsi və istifadəsini təşkil etmək səlahiyyətləri Dənizkənarı Bulvar İdarəsinin Nizamnaməsi ilə onun səlahiyyətlərinə aid edilib.
İdarə qanunvericiliklə ona verilmiş hüquq və vəzifələr çərçivəsindən kənara çıxmadan, qanuni mülki müqavilələr bağlayaraq, fiziki və hüquqi şəxslərin ərazidə kommersiya fəaliyyətinə şərait yaradır.
Bununla yanaşı, İdarə Milli Parkın fəaliyyətinə nəzarət və təhlükəsizlik tədbirlərini müəyyənləşdirmək səlahiyyətlərindən irəli gələrək, ərazidə fəaliyyət göstərən attraksionların və əyləncə qurğularının daimi saz vəziyyətdə olması, mütəmadi texniki yoxlanışlardan keçirilməsi və sahibkarlar tərəfindən əhaliyə qüsursuz və təhlükəsiz xidmətin təmin olunması ilə bağlı öz məsuliyyətini dərk edir və istismar müddətini başa vurmuş, fiziki və mənəvi köhnəlmiş attraksionların ərazidən çıxarılması istiqamətində tədbirlər görür”.
Məıumatda o da qeyd olunub ki, Dənizkənarı Milli Park ərazisində müasir tələblərə cavab verən və Milli Parkın ümumi görünüşünə xələl gətirməyən yeni nəsil attraksionların və əyləncə qurğularının gətirilməsi nəzərdə tutulur.