Hərbi qulluqçumuz vəfat etdi
    • 20-04-2023, 18:52
    • 240

Hərbi qulluqçumuz vəfat etdi

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

News24.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında “Sağ orta beyin arteriyasının trombozu nəticəsində işemik insult, birincili trombofiliya, serebral koma tərəqqi edən poliorqan çatışmazlığı” diaqnozu ilə uzun müddət müalicə alan Azərbaycan Ordusunun hərbi qulluqçusu İsmayılov Pənah Pərviz oğlu vəfat edib.

“Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir”, – deyə məlumatda qeyd edilib.