Azərbaycan Ordusunun hərbçisi vəfat etdi
    • 10-11-2022, 13:07
    • 260

Azərbaycan Ordusunun hərbçisi vəfat etdi

"Azərbaycan Ordusunun hərbi qulluqçusu Baxışov Cavan Cavanşir oğlunun məzuniyyətdə olarkən noyabrın 9-u axşam saatlarında ürək çatışmazlığından vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik".

News24.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, faktla bağlı araşdırma aparılır: "Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!"