Ərdoğan Ayasofya Kəbir məscidində bayram namazı qıldı
    • 21-04-2023, 11:30
    • 207

Ərdoğan Ayasofya Kəbir məscidində bayram namazı qıldı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofya Kəbir məscidində bayram namazı qılıb.

News24.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Türkiyə lideri bayram təbriki zamanı Qaradəniz qazının hasilatı ilə bağlı məsələyə toxunub:

“Hazırda həm seysmik tədqiqatlar, həmçinin qazma işləri davam edir ki, bu da qaz hasilatını artırmağa səbəb olur. Ölkənin hər bir rayonu bizim Enerji və Təbii Sərvətlər Nazirliyi tərəfindən qazla təmin ediləcək”.

Ərdoğan onui da qeyd edib ki, Nurdağı və Qaziantepə səfər edəcək. Səfər proqramı çərçivəsində Türkiyənin zəlzələdən zərər çəkmiş Hatay bölgəsinə də gedə bilər.

Türkiyənin ilk elektromobili “Togg”un hazırda müxtəlif ölkələrə ixrac olunduğunu vurğulayan Ərdoğan əlavə edib ki, avtomobillərin bir qismi bir sıra ölkə liderlərinə təqdim olunub və onlar “Togg”dan çox razıdırlar.