Ağstafada kömür sexində partlayış:  ölənlər var- YENİLƏNDI
    • 22-04-2023, 21:55
    • 335

Ağstafada kömür sexində partlayış: ölənlər var- YENİLƏNDI

Ağstafada partlayışda ölənlərin şəxsiyyəti məlum olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Ağstafa Rayon Polis Şöbəsinə rayonun Həsənsu kəndindəki kömür sexində 2 nəfərin ölümü ilə nəticələn partlayış baş verməsi barədə məlumat daxil olub.

Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı ölən şəxslərin Qazax rayon Göycəli kənd sakinləri 1973-cü il təvəllüdlü Asim Bayramov və 1979-cu il təvəllüdlü Cəmil Əsgərov olması müəyyən edilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

21:15
Ağstafa rayonunda kömür sexində partlayış baş verib, ölənlər var.

Hadisə rayonun Həsənsu kənd ərazisində qeydə alınıb.

Ölənlərin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.