Müharibədə yüzlərlə döyüşçünü xilas edən həkim vəfat etdi – FOTO
    • 24-04-2023, 10:33
    • 163

Müharibədə yüzlərlə döyüşçünü xilas edən həkim vəfat etdi – FOTO

Tanınmış ortoped-protezist Vəli Əliyev vəfat edib.

News24.az xəbər verir ki, 65 yaşlı həkim Bakı şəhərində dünyasını dəyişib və dünən Hövsan məzarlığında dəfn edilib.

Qeyd edək ki, Əliyev Vəli Əli oğlu 30 mart 1958-ci ildə Göyçə mahalının Ardanış kəndində anadan olub. 2 nömrəli Bakı Tibb Texnikumunu və Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. Bakı şəhərində bir neçə tibb müəssisəsində ixtisası üzrə işləyib. Bakı Protez–Ortopedik Bərpa Mərkəzində texnik, ortoped-protezist, stasionar şöbənin müdiri ortoped-protezist vəzifələrində çalışıb.

I Qarabağ müharibəsində və 44 günlük Vətən müharibəsində əlil olmuş yüzlərlə döyüşçünün həyata qaytarılması işində mühüm xidmətlər göstərib.

İxtisasını artırmaq üçün Almaniya, Rusiya və Sloveniyada müvafiq kursları bitirib. Onlarla elmi məqalələrin müəllifi idi.