-
- 24-04-2023, 14:37
- 340
Lənkəranda 17 nəfər qidadan zəhərləndi - YENİLƏNDİ
24 aprel saat 01:15 radələrində Lənkəran rayon Bəliton kənd sakinləri olan 17 nəfər (1-i kişi, 7-si qadın, 9-u uşaq olmaqla) qida zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
News24.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
“7 nəfər ambulator müalicə üçün evə buraxılıb, 10 nəfər isə tibb müəssisəsinin müvafiq şöbəsinə yerləşdirilib. Vəziyyətləri stabildir”, - məlumatda vurğulanır.
***
13:31
Lənkəranda şadlıq mərasimində kütləvi zəhərlənmə olub.
News24.az “Report”-a istinadən xəbər verir ki, hadisə rayonun dağ kəndi olan Bəlitonda baş verib. Belə ki, ev şəraitində nişan mərasiminə yığışanlardan 17 nəfərin vəziyyəti pisləşib. Təcili yardım avtomaşınları ilə xəstələr Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan 7 nəfərinə ilkin zəruri tibbi yardımlar göstərilərək bir neçə saat sonra evə buraxılıblar. Hazırda 10 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri normaldır.
Qida zəhərlənməsi ilə xəstəxanaya gətirilənlərin 9-u uşaq, 7-si qadın və 1 nəfər kişi olub.