-
- 24-04-2023, 19:40
- 200
KİV: “Rusiyadan xam neft ixracı azalmır”
Rusiya hökuməti xan neft hasilatını azaltdığını iddia etsə də, bu ölkədən ixracda azalma əlaməti yoxdur.
Tədarüklər artıq ikinci həftədir gündə 3,4 milyon barelə yaxın olaraq qalır.
Rusiya limanlarından axın əvvəlki həftə bərpa olunduqdan sonra, demək olar ki, dəyişməz qalıb və gündə orta hesabla 3,4 milyon barel təşkil edib.
Əsasən Çin, Hindistan və Türkiyədən olan qalan alıcıların Rusiyadan tələbi həcmin dörd həftə ərzində orta hesabla yeni maksimuma çatmasına kömək edib.
Məqalədə qeyd olunub ki, dəniz ixracı hələ də hasilatın, Rusiya Energetika Nazirliyinin göstərdiyi kimi, mart ayında gündəlik 700 min barel azalmasını əks etdirmir. Son məlumatlar göstərir ki, neft emalı dərəcələri ilin əvvəlindən faktiki olaraq dəyişməyib və aprelin 19-na kimi keçən ilin eyni ayı ilə müqayisədə sutkada 720 min barel yüksək olub.
Mart ayında başlamalı olan hasilatın azalması artıq ixrac rəqəmlərində özünü göstərməyə başlamalı idi, lakin bu baş verməyib./Report/