Pakistanda polis məntəqəsində partlayış - Çox sayda ölü və yaralı var
    • 25-04-2023, 08:56
    • 149

Pakistanda polis məntəqəsində partlayış - Çox sayda ölü və yaralı var

Pakistanda polis məntəqəsində partlayış olub.

News24.az xəbər verir ki, Pakistanın Svat bölgəsində baş verən hadisə nəticəsində 12 polis əməkdaşı ölüb, 60-dan çox insan yaralanıb. 

Yerli mətbuatın mətbuatın polis və səhiyyə orqanlarına istinadən yaydığı xəbərə görə, Pakistan Terrorla Mübarizə Bölməsinin binasındakı partlayışların sursat anbarında baş verdiyi bildirilib. 

İlkin araşdırmalara əsasən, bunun bombalı hücum olmadığını müəyyən edilib. 

Hadisə ilə bağlı istintaqın davam etdiyi bildirilib. Partlayışın baş verdiyi binanın tamamilə dağıldığ və ətrafdakı bəzi binalara ziyan dəydiyi vurğulanıb. /Anadolu Ajansı/