Zavodda partlayış baş verdi - VİDEO
    • 18-10-2019, 13:58
    • 711

Zavodda partlayış baş verdi - VİDEO

Zavodda partlayış baş verib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Ukraynanın Klevan bölgəsində yaşanıb. Partlayışın istifadə edilmiş boya qutularının yuyulması üçün nəzərdə tutalan binada baş verdiyi məlum olub.

Rivne bölgəsi Milli Polis İdarəsindən verilən ilkin məlumata görə, partlayış qaz-hava qarışığının yığılması səbəbindən meydana gəlib. Polis əməkdaşları yaşayış ərazisindəki havanın çirkliliyinin səviyyəsini təyin etmək üçün ölçü işlərinə mütəxəssisləri cəlb edib. 

Partlayış zamanı ölən və yaralananların oldığı bildirilib.