Bakıda bayram günü 3 nəfər intihar etdi
    • 25-04-2023, 12:28
    • 354

Bakıda bayram günü 3 nəfər intihar etdi

Bakıda 3 nəfər bayram günlərində intihar edib.

News24.az
-ın əldə etdiyi məlumata görə, aprelin 22-də gecə saat 23 radələrində Nəsimi rayonu Salamzadə küçəsində 33 yaşlı Natavan Həsənova özünü yaşadığı binanın 12-ci mərtəbəsindən atıb. Qadın hadisə yerində ölüb.

Həmin gün səhər saat 9 radələrində isə Sabunçu rayonu Maştağa qəsəbəsində 1964-cü il təvəllüdlü Firudin Rzayev özünü K.Eldarov küçəsindəki evinin həyətində asaraq həyatına son qoyub.

Daha bir intihar isə aprelin 23-də axşam saatlarında Xəzər rayonunda baş verib. 1978-ci il təvəllüdlü Fikrət Bayramov özünü Zirə qəsəbəsindəki evin həyətində asaraq öldürüb.

Hər bir hadisə ilə bağlı araşdırma aparılır.

Taleh BAĞIROV