Pensiya və müavinətlərdə kəskin artım olacağını düşünmürəm, çünki...
    • 26-04-2023, 13:06
    • 3 287

Pensiya və müavinətlərdə kəskin artım olacağını düşünmürəm, çünki...

"Təqaüd və müavinətlərdə kəskin artım olacağını düşünmürəm".

Bunu News24.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. 

Ekspert bildirib ki, hər il may - iyun aylarında büdcəyə yenidən baxılır: "Büdcəyə yenidən baxılmasından sonra sosial sahəyə müəyyən vəsaitlərin ayrılması gözlənilir. Amma müəyyən istiqamətlərdə sosial xərclər də artacaq. Kəskin artım isə gözlənilmir. Büdcəyə dəyişikliklər edərkən bütün vəsaiti sosial sahəyə yönəltmirlər. Bu əlavələr daha çox təmir-tikinti işlərinə, Qarabağın bərpasına yönələcək. Düşünmürəm ki, təqaüdlər və müavinətlərdə kəskin artım olsun. 5-10 faizə qədər artım ola bilər. Bu da ciddi infilyasiyaya təsir göstərə biləcək amil deyil".

İqtisadçı yaxın zamanda qiymətlərin sabitləşəcəyini də deyib: "Yaxın zamanlarda mövsümlə əlaqədar qiymətlərin sabitləşməsi gözlənilir. Kənd təsərrüfatı məhsullarının bazara çıxması müəyyən dərəcədə qiymətləri sabitləşdirəcək. Azərbaycanda qiymət artımı əsasən noyabr ayından başlayır və aprel ayına qədər davam edir. Bu 6-7 aylıq dönəmdə çox ciddi qiymət artımı hiss olunur. Noyabrdan yenidən ciddi qiymət artımını görə bilərik".

Qumral Əliyeva