-
- 31-07-2018, 13:07
- 1 658
Nəqliyyatda qiymət artdı - Maaşlar da artacaqmı? – EKSPERT RƏYİ
Sabahdan etibaran ictimai nəqliyyatda qüvvəyə minəcək qiymət artımı görəsən təqaüd və maaşların da artmasına səbəb olacaqmı?
İqdisatçı ekspert Natiq Cəfərli News24.az-ın bu sualına aşağıdakı kimi cavab verdi:
“Bu il ərzində təqaüdlərdə və yaxud maaşlarda artım olmayacaq. Bu il prezident seçkilərindən sonra müəyyən qədər artım oldu. İyul ayında büdcəyə əlavələr təsdiqləndivə təsdiqlənmiş əlavələrdə heç bir maaş və taqüd artımıyla bağlı bir iddia yoxdur. Ona görə əminliklə demək istəyirəm ki, bu ilin sonuna qədər hər hansı bir artım gözlənilmir. Gələn ildən yanvarın 1-dən ənənəvi olaraq infilyasiyanı və orta gəlirlərin artımını nəzərə almaqla, müəyyən artım ola bilər. Mən düşünürəm ki, o da çox böyük məbləğ olmayacaq. Təqribən 5% civarında artım gözləmək olar”.
Elvin Nüsrətoğlu