Təyyarədə uşaq dünyaya gəldi - FOTO
    • 27-04-2023, 08:15
    • 195

Təyyarədə uşaq dünyaya gəldi - FOTO

Daşkənd-İstanbul reysini yerinə yetirən "Özbəkistan Hava Yolları"na məxsus təyyarədə 27 yaşlı Qırğızıstan vətəndaşı Abdumanapova Sitora uşaq dünyaya gətirib. 

News24.az xəbər verir ki, hadisə təyyarə Türkiyə hava məkanına daxil olarkən yaşanıb. Daha sonra təyyarənin kapitanı təyyarədə həkim olub-olmaması ilə bağlı elan verib.

Kabin heyətinin köməyi ilə həyata keçirilən doğuşda oğlan uşağı dünyaya gəlib.

Təyyarənin pilotu İstanbul Hava Limanı Hava Hərəkəti İdarəetmə Qülləsi ilə əlaqə saxlayıb. Təyyarədə doğuşun edildiyini və həkim qruplarının hazır vəziyyətdə saxlanmasını istəyib.

"Özbəkistan Hava Yolları"na məxsus təyyarə saat 20:15-də İstanbul hava limanına enib. 28 həftəlik körpə və ana təcili yardımla xəstəxanaya aparılarılıb. Onların vəziyyətinin yaxşı olduğu bildirilib. /NTV Türkiye/