“Formula 2”: Sıralama turunda qəza baş verib
    • 28-04-2023, 15:28
    • 1 700

“Formula 2”: Sıralama turunda qəza baş verib

“Formula 2” üzrə Azərbaycan Qran-prisində qəza baş verib.

News24.az xəbər verir ki, sıralama turunda “PHM Racing”dən Bred Benavidesin bolidi birinci döngədə təhlükəsizlik maneəsinə çırpılıb.

Nəticədə qırmızı bayraq qaldırılıb və pilot yarışı davam etdirə bilməyib.