-
- 29-04-2023, 22:49
- 744
"Bizim dünyamız"da “Əngəlləri birlikdə aşaq”
27 Aprel "Libraff" kitab evində Autizm beynəlxalq maarifləndirmə ayı ilə əlaqədar "Ümidvar" inklüziv yaradıcılıq birliyinin təşkilatçılığı ilə "Bizim dünyamız" adlı tədbir keçirilib.
News24.az-ın xəbərinə görə, maarifləndirici xarakter daşıyan tədbirdə autizmli uşaqların müxtəlif bacarıqları nümayiş olunub.
"Ümid var” ın rəhbəri Nazilə Məhərrəmova indiyə kimi autizmli uşaqları cəmiyyətə qazandırmaq üçün gördükləri işlərdən danışaraq, artıq ikinci ildir keçirilən "Bizim dünyamız" adlı bu tədbirin də o silsilədən olduğunu vurğuladı.
Tədbirin təşəbbüskarı xüsusi pedaqoq, inklüziv təhsil mütəxəssisi Zivər Xanlarova autizm haqqında məlumat verərək, bu uşaqların həyata bağlanması, inkişafı üçün davamlı şəkildə psixopedaqoji təlimlərin vacibliyini və təhsilin onlara əl çatan olması, ayrı seçkiliyə məruz qalmadan həyatda öz yerlərini tapmaqları üçün cəmiyyətdə və təhsildə inklüzivliyin vacibliyini vurğuladı.
Xüsusi pedaqoq Aygün Qasımova ilə birlikdə autizmli Ayxan Quluzadənin də aparıcılığı ilə keçən tədbirin açılışı ölkəmizdə ilk dəfə əlilliyi olan uşaqlar ücün yazılan “Fərqli fərdlər" himni ilə oldu. Daha sonra rejissor Elçin Ağazadə beynəlxalq müsabiqədə mükafat alan, autizmli uşaqlara həsr etdiyi "Uğur böcəyi" adlı sosial çarx nümayiş olundu. Tədbirdə əsas yer autizmli uşaqların valideynlərinə verildiyindən, cəmiyyətdə autizm haqqında böyük maarifləndirmə işləri aparan, 5 ildir kecirilən “Fərqli fərdlər” beynəlxalq konqresinin təşkilatçısı Suzanna Bruzergi, autizmli övladlara sahib bloger Aysel Əsəd, Zəhra Xələfli, rejissor Elçin Ağazadə, autizm 365 səhifəsinin sahibəsi bloqer Əsmər Əsgərova və Amerikada yaşayan həmyerlimiz "ABA" mütəxəssisi Aynur Zamanovanın faydalı çıxışları oldu.
Uşaq yazarı Fatimə Alxas "Adını bilməyən oğlan" adlı kitabı iştirakçılara hədiyyə edərək uşaqların autizmli dostlarını necə anlaya biləcəklərindən danışdı. "Green Start Academi" nin rəhbəri "Valideyn məktəbi" nin təsisçisi Aysel Rəsulzadə autizmlə bağlı maarifləndirmə işlərinin ümumtəhsil məktəblərində də aparılmasının lazımlığını bildirdi. Autizmli uşaqlar Ruzi və Ayxanın piano ifası, Məhəmmədin gitara, Əlinin idman, Məryəm və Yusifin rəqsi, İlham və Şamxalın rəsm, Nazimin aşbazlıq bacarıqlarının, Nurlanın əl işlərinin nümayişi və digər uşaqların müxtəlif istedadları böýük maraqla qarşılandı.
Tədbirdə Sənət Uşaq Musiqi və İncəsənət Mərkəzinin istedadları balacaları autizmli uşaqlarla bərabər inklüziv cıxışları xüsusi ilə xareoqraf Günay Muradinin hazırladığı “Əngəllərli birlikdə aşaq” kompozisyası maraqla qarşılandı. Önəmlisi isə tədbirdə autizmi olan və autizmi olmayan digər uşaqlar bir-biriylə çox gözəl anlaşırdılar.