Şəhid olan 250 əsgərin itmiş məzarı 102 il sonra tapıldı - FOTOLAR
    • 1-05-2023, 10:37
    • 195

Şəhid olan 250 əsgərin itmiş məzarı 102 il sonra tapıldı - FOTOLAR

Türkiyədə Sakarya döyüşündə şəhid olan 250 əsgərin itmiş məzarı 102 il sonra tapılıb.

News24.az xəbər verir ki, Ankaranın Polatlı rayonunda, Sakarya çayı yaxınlığında, Tatlıkuyu məhəlləsində şəhidlərin məzarlarının yerləşdiyi əraziyə abidə daşının qoyulması və Türkiyə bayrağının sancılması mərasimi keçirilib.

Qeyd edək ki, tapılan məzarlarlar Sakarya döyüşündən sonra çay sahilində düşmənlə toqquşma nəticəsində şəhid olan 5-ci Qafqaz diviziyasının 13-cü alay üzvlərinə aiddir. /Haber Global/