Türkiyə Qara dənizdəki qaz yatağı sayəsində tədarükdən asılılığı azaldacaq
    • 13-04-2023, 19:57
    • 196

Türkiyə Qara dənizdəki qaz yatağı sayəsində tədarükdən asılılığı azaldacaq

Türkiyə Qara dənizdəki Sakarya qaz yatağı sayəsində ilin sonuna qədər tədarükdən asılılığını 15% azaltmağı planlaşdırır.

News24.az xəbər verir ki, bu barədə “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinin prezidenti Melih Han Bilgin bildirib.

"Birinci mərhələdə Sakarya yatağı idxal qazından asılılığı 15% azaldacaq, bu, ilin sonuna qədər baş verəcək. Sonra ikinci mərhələ ilə bu asılılıq 35% azalacaq", - Bilgin deyib.