-
- 1-05-2023, 10:58
- 367
Kişi əvvəlcə sevgi təklifini rədd edən qadını, sonra özünü güllələdi
Türkiyədə iş yoldaşının sevgi etirafına "yox" deyən qadın güllələnib.
News24.az xəbər verir ki, hadisə Başakşehirdə yaşanıb.
Qətli törədən xarici vətəndaş tikiş fabrikində mühasib kimi çalışan qadının evinə gedərək ona sevgisini etiraf edib.
Təklifinə rədd cavabı aldıqda isə əvvəlcə onu güllələyib, sonra isə özünə atəş açıb. Silah səslərini eşidən qonşular polisə xəbər verib. Başından xəsarət alan əcnəbi vətəndaşın hadisə yerində öldüyü müəyyən edilib.
Hadisə yerinə gələn sağlamlıq qrupları qadını xəstəxanaya aparıblar. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq 23 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb. /NTV Türkiye/